Aygün Kazımovanın ad günündə nələr yaşandı?
26 Yanvar 2016 11:09 MədəniyyətXalq artisti Aygün Kazımova özünə təmtəraqlı ad günü şənliyi təşkil edib. SİA-nın verdiyi xəbərə görə, yubileyini möhtəşəm şəkildə dostları ilə keçirən diva gələn qonaqlara bayram əhval-ruhiyyəsi yaşadıb. Məclisin aparıcılığını Zaur Nəbioğlu, Anar Mədətovun rəhbərlik etdiyi "Solo Band" ansamlı isə gecə boyu qonaqların zövqünü oxşayıb. Gecə saat 11-dən sonra başlayan mərasimi "Talant" rəqs qrupunun rəqqasları açıq elan edib. Daha sonra səhnəyə meyxanaçılar Rəşad Dağlı və Pərviz Bülbülə çıxıb. Onlar səbəbkarın şərəfinə meyxana deyib. Gecə 12 tamamda isə Aygün Kazımova səhnəyə çıxaraq bütün gələn qonaqlarını salamlayıb və ilk dəfə olaraq belə qeyri-adiliyə imza atmasından danışıb: "Mənim doğum günüm 26 yanvardır. Bu dəfə fərqli ad günü keçirməyi qərara aldıq. Komandamın ideyasıdır. 25-dən 26-na keçən gecə ad günüm başladı və səhərə qədər davam edəcək". Gecənin səbəbkarı "Mən Aygünəm" mahnısı ilə məclisi davam etdirib. Ad günündə daha bir fərqlilik yaşanıb. Adət etdiyimiz kimi tort məclisin sonunda deyil, əvvəlində kəsilib. Bu zaman bütün qonaqları səbəbkarı əhatəsinə alıb. Ardınca isə dizayner İbo özünün xüsusi hazırladığı "Ay və Gün" formalı taxt kreslonu xalq artistinə hədiyyə edib. Aşıq Əlinin səhnəyə çıxıb Aygün xanımın şərəfinə şeir deyib oxuması da məclisə xüsusi rəng qatıb. Doğum günündə xalq artistinin ən yaxın dostları ilə yanaşı, səbəbkarın müəllimləri Cavanşir Quliyev, Vaqif Gərayzadə də iştirak edib. Təmtəraqlı keçən doğum günü şənliyi səhər saatlarına kimi davam edib.
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)