"Xatundan ona görə incimişdim ki..."

Müğənni Könül Kərimova həmkarı Xatun Əliyeva ilə barışandan sonra ilk dəfə münasibətlərindən danışıb. Big.az xəbər verir ki, Xəzər TV-də yayımlanan "Hər şey daxil" verilişində qonaq olan aparıcı Xatundan onu parodiya etdiyi üçün yox, başqa şeyə görə incidiyini açıqlayıb.

"Çalışıram ki, həmişə əsəblərimi gizlədim. Amma Xatun məni parodiya edəndən sonra əsəblərimi cilovlaya bilmədim. Məsələ parodiya etməsində də deyildi, ortada başqa şeylər var idi. O günlərə qayıtmaq istəmirəm. Hər kəs özü-özünə hörmət qoymalıdır. Xatundan ona görə incimişdim ki, bir-birimizə qarşı hörmət yox idi. Düzdür, indi barışmışıq. Amma Xatunun parodiyasının içərisində başqa şeylər var idi. Şükür, o məsələlər indi yerinə qoyulub. İstədiyim odur ki, bundan sonra bir-birimizə hörmətlə yanaşaq".

Qeyd edək ki, Xatun K.Kərimovanın etiraz etməsinə baxmayaraq dəfələrdə qonaq olduğu verilişlərdə onu parodiya edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31