"Aygünə elə bir hədiyyə hazırlamışam ki, şoka düşəcək"
25 Yanvar 2016 14:02 MədəniyyətSabah pop diva, xalq artisti Aygün Kazımovanın ad günüdür. Bütün dostları kimi "10-dan sonra" verilişinin aparıcısı Yusif Ağayev də pop divanın ad günündə iştirak edəcək. Bu haqda aparıcı Milli.Az-a danışıb. "Aygün Kazımova mənim 19 ildə 19 min dəfə küsüb-barışdığım əziz dostumdur (gülür). Mənim ad günümdə efirdə qonağım oldu. Təbii ki, onun ad günündə mən də iştirak edəcəyəm. Ona elə bir hədiyyə hazırlamışam ki, görəndə şoka düşəcək. Təbii ki, bu hədiyyəni ona verməyə yalnız mənim ixtiyarım var. Aygün nə edirsə, ona yaraşır. Çünki Aygün şou-biznesin təməlini qoyan məşhurumuzdur. Bir sözlə, Aygün elə Aygündür. O, səhnə üçün doğulub".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31