"Sinirlərim tab gətirmir"
25 Yanvar 2016 19:15 Mədəniyyətİnternetin gündəlik həyatın bir hissəsinə çevrilməsi artıq reallıqdır. Publika.az xəbər verir ki, sosial şəbəkələrdə aktiv olan əməkdar artist Lalə Məmmədova son günlər oxuduğu xəbərlərdən əsəb sarsıntısı keçirdiyini bildirib: "Sinirlərim tab gətirmir artıq! Saytlar, sosial şəbəkələr və s. haranı açırsan ölüm, intihar xəbərləri, PKK və İŞİD-in insanlığa sığmayan edam və cinayət xəbərləri... Məktəblərdə müəllimlərin şagirdləri təhqir edib, əl qaldırıb döyməsi, ailədaxili cinayət və ölüm hadisələri... Sadalamaqla bitmir. Bilirəm ki, internetdən uzaq durmaq bütün bu məsələlərin həlli demək deyil. Ancaq sevinirəm ki, yaxşı ki, texnologiya inkişaf edib və bütün bu hadisələr aşkara çıxır. Allah bütün ona inananlara kömək olsun. İmansızların, yolundan azanların cəzasi verilsin, AMİN"