Aytac: "Kompüterlə səsi düzəldilən müğənnilərdən deyiləm”

Müğənni Aytac Vidadiqızı Türkiyədə yeni layihəyə imza atıb. SİA-ya açıqlama verən müğənni "Bu şəhərdən get" adlı mahnısına Türkiyədə klip çəkdirdiyini deyib: "Artıq yaradıcılığımla əlaqədar bütün işləri, məhz Türkiyədə həyata keçirəcəyəm. Onsuz indiyədək bütün mahnılarımın səs yazısı üçün İstanbula gedirdim. Bundan sonra kliplərimi də orada lentə aldıracağam. İlk başladığım şirkət isə "Aybars foto film" oldu. Bəxtimizdən mahnının mövzusuna uyğun olaraq İstanbula qar da yağdı. Bunu da Allahdan bir nişanə kimi qəbul etdim. Ekran işini Türkiyənin məşhur rejissorlarından olan Zafer Karakiraz çəkdi. Klipin montaj işləri isə Elnar Həşimova aiddir".

Müğənni Türkiyə şou biznesinə qatılmaqda iddialı olduğunu da dilə gətirib: "Türkiyə şou biznesinə qatılacağam. Burada bütün işlərimin menecerliyini həyat yoldaşım edir. Bundan başqa yoldaşımın dayısı Serdar Ortaçın meneceridir və onun Türkiyədə şərik musiqi şirkəti var. Bu cəhətdən çox rahatam. Ən əsası isə Allahın verdiyi səs var. Kompüterlə səsi düzəldilən müğənnilərdən deyiləm".
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31