"Bezmişəm, baş götürüb getmək istəyirəm" - Nadir

Bir müddətdir  həyat yoldaşı ilə birlikdə Moskvada dincələn müğənni Nadir Qafarzadə sosial şəbəkədə onu tənqid edənlərə əsəbiləşib. Axşam.az-ın məlumatına görə, ifaçı dedi-qodulardan bezdiyini deyib: "Yazırlar ki, "Bu krizis vaxtı Nadir kefdədir, gəzib-dolanır". Bezmişəm, elə bu dedi-qoduların əlindən baş götürüb uzaqlara getmək istəyirəm. Bəzi insanların savadı, düşüncəsi nə qədər aşağıdır. Onlar çətin düzələlər. Sözüm bəzilərinədir, yetər artıq camaatın pulunu saydınız, haqq-nahaq danışdınız. Bu cür insanları görəndə adam onlarla eyni cəmiyyətdə yaşamağına nifrət edir. Unutmayın ki, Allah hər kəsin ürəyinə görə verir. Nə vaxta qədər başqasının pulunu saysanız, Allahdan heç nə gözləməyin. Tanrı bilir kimi necə mükafatlandırır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31