8 kilo arıqlayan aşıq Əli çəkisini niyə gizlətdi?

Essentukidən müalicə və istirahətdən qayıdan aşıq Əli 8 kilo çəki atıb. "Olaylar"az xəbər verir ki, bunu sağlamlığı üçün edən sənətçi köklüklə bağlı kompleksinin olmadığını birdirdi: "Çalışmışam köklüyümlə bağlı kompleks yaratmayım. Özümü rahat və gümrah hiss edirəm. Bu da yəqin gəncliyimlə bağlıdır. Bilirəm ki, gələcək illərdə orqanizmdə müəyyən fəsadlara yol aça bilər.  Hələki bəzi kökəlməyə meyilli qidalardan uzaq durmağı qarşıma məqsəd qoymamışam. Amma hərdən düşünürəm ki, qida rasionumda məhddiyyətim olmalıdır. Sanatoriyada 8 kilo çəki atmışam. Konkret neçə kq olduğumu demək istəmirəm. Amma müalicə kursu keçərkən mənə müəyyən pəhriz proqramı müəyyən edilib. Çalışacam bunu Bakıda da davam etdirim. İş qrafikimiz bəzən buna mane olur. Məclislərdə qonaq kimi iştirak edəndə yemək yeyirəm, sənətçi kimi qatılanda yemirəm. Gəlib evdə yeməli oluram, bu da gecə saatlarına təsadüf edir. Kənd toylarında isə  yeyirəm.  Mənim üçün ən əsası sağlamlıqdır, əsas sağlamlığımı qorumağa çalışıram".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31