Böyrəyini satan prodüser: "Peşmanam, üzr istəyirəm"
22 Yanvar 2016 11:33 MədəniyyətBir müddət əvvəl böyrəyini satdığını deyən prodüser Mikayıl Hüseynov peşman olub. Axşam.az xəbər verir ki, açıqlama verən prodüser ailəsinin bu xəbərdən çox narahat olduğunu deyib: "İnsan həyatından bezəndə, yorulanda özünü idarə edə bilmir, ağlasığmaz addımlar atır. Mən də o anımda böyrəyimi satacağımı dedim. Hamı bu xəbərdən narahat oldu. Hətta ailəmdə problemlər yarandı. O qədər insan mənə kömək etmək istədiyini yazdı ki... Verdiyim narahatlığa görə peşmanam, bütün məni tanıyanlardan üzr istəyirəm. Hər şeyin yaxşı olacağına inanıram. Tamaşaçıları yeni işlərimlə şoka salacam".
Qeyd edək ki, M.Hüseynov xalq artisti Nazpəri Dostəliyevanın prodüseri olub. O, bir müddət əvvəl banklara borcu olduğunu, ödəyə bilmədiyini və böyrəyini 15 min manata satdığını bildirmişdi.