Fatimə: "Heç nə bişirə bilmirəm, əlimdən heç nə gəlmir"
21 Yanvar 2016 11:33 MədəniyyətRəqqasə Fatimə Fətəliyeva özü ilə bağlı maraqlı etiraf edib. Axşam.az-a açıqlamasında sənətçi yemək hazırlamağı bacarmadığını deyib: "Dadlı yeməkləri çox sevirəm. Şirniyyatdan isə heç imtina edə bilmirəm. Amma təəssüf ki, mən heç nə bişirə bilmirəm. Əlimdən heç nə gəlmir". F.Fətəliyeva rəqs vasitəsilə formada qaldığını bildirib: "Pəhriz saxlamıram. Təkcə çörəkdən imtina etmişəm. Köklüyə meylliyəm. Əgər rəqs etməsəydim, indi köklükdən qapıdan keçə bilməzdim. Rəqs məni formada saxlayır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31