Rəqsanədən hamiləlik xəbərinə münasibət
19 Yanvar 2016 16:51 MədəniyyətMüğənni Rəqsanə İsmayılova hamilə olması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. Axşam.az-a açıqlama verən sənətçi bunun həqiqətə uyğun olmadığını deyib: "Mən hamilə deyiləm. Bu, yanlış məlumatdır. O ki qaldı, süni yolla ana olmağa... Mənim süni mayalandırma etdirməyə ehtiyacım yoxdur. Heç kim ağlına gələni götürüb yazmasın. Ana olmaq ən gözəl duyğudur. Üçüncü dəfə bu xoşbəxtliyi dadmaq qismət olanda mediaya açıqlama verəcəm. Heç kim narahat olmasın".
Qeyd edək ki, müğənninin Aysun və Yağmur adlı iki qız övladı var.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31