"Bütün etibarımı itirdim, Nahidə ayıb olsun" - Aygün

Xalq artisti Aygün Kazımova təşkilatçı Nahid Emiloğlunu dələduzluqda ittiham edib. Axşam.az-ın məlumatına görə, müğənni təşkilatçının indiyədək ona borclu olduğunu bildirib: "Avqustun 21-i "Mambo beach"də "Ayrılarmı könül candan" adlı konsertim üçün 400 VİP bilet götürdü və yoxa çıxdı. Sonda məcbur olub həmin 400 biletin pulunu özüm ödədim. Mənə konsertim günü stress yaşatdı. Hər yerdə adını mənim konsertimlə reklam etdirirdi. Bu ilk dəfə deyil. Bundan əvvəl də, 2 il öncə Sinan Akçılla Bakıda konsertim olmalı idi. Həmin ərəfədə Türkiyənin ən nüfuzlu musiqi şirkətlərindən olan "Poll Production"ın rəhbəri Yağçı bəyin qarşısında biabır etdi. Sinanın qonorarı ödənməli idi. Mən danışıqlar aparırdım, Nahid isə hamımızı aldadırdı. Pul yoldadır deyərək yalan danışmağa davam etdi. Məhz Nahid Emiloğlunun dələduzluğunun qarşılığında "Poll Production" qarşısında bütün etibarımı itirdim. Daha o şirkətlə əməkdaşlıq edə bilmədim. Sonra "DMC" şirkəti ilə işbirliyinə başladım. Sinan məni anladı və onun dələduz olduğunu başa düşdü. Belə ki, Sinanla mahnılarımız, repertuarımız, hətta konsertin ssenarisi belə hazır idi. İfa edəcəyimiz popurilər məlum idi. Nahid hər şeyi məhv etdi. Sonuncu dəfə isə yeni il gecəsi qızımla onun təşkil etdiyi konsert proqramında çıxış etdik. Konsert vaxtı hovuza yıxıldı . Halı pis oldu və xahiş etdi ki, ona 1 gün vaxt verək. Bütün  bunlara baxmayaraq, ona yenə şans verdim. Dedim 1 yox, 2 gün vaxt verirəm. O vaxtdan 17 gün keçib. Hələ də mən qonorarımı ala bilmirəm. Belə dələduzluq etdiyi üçün Nahidə ayıb olsun. O, yalnız öz müğənnilərini aldada bilir. Mən həmin səhnədə Çeliklə çıxış etdim. O, Çelikin pulunu ödəməyə bilərdi?".

Xalq artisti bütün pulları qanuni yolla təşkilatçıdan alacağını deyib:

"Biz hüquqi və qanunların işlədiyi bir ölkədə yaşayırıq. Mən qanuni yolla bütün pullarımı geri alacam. İndiyədək susmağımın səbəbi isə onun "bu gün ödəyirəm", "sabah ödəyirəm", "yoldayam" sözləri olub. Bu artıq son hədd oldu. Bu gün isə zəng edib ki, gəlin söhbət edək. Artıq söhbət etməyə də yer qalmayıb. Bütün yazışmalar və səs yazıları məndə var".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31