"Qeybətlə, təhqirlə gündəmə gəlirlər"

Xalq artisti Mənsum İbrahimov gənc ifaçıları tənqid edib. Axşam.az-ın məlumatına görə, muğam ifaçısı "ATV maqazin onlarla" verilişində müğənnilərə məsləhətlər verib: "Sənəti anlayan ifaçı heç vaxt "mən" sözün işlətməz. Karifey sənətkarlarımız heç biri vaxtında sinələrinə döyməyiblər. Qiyməti onlara xalq verib. İki-üç dəfə efirə çıxıb, mahnı oxumaqla sənətkar olmursunuz. Sizi iki-üç insan tanıyır. Təəssüf ki, istedadlı gənclərimiz azdır. Çoxları qeybətlə, bir-birinə təhqirlər deməklə, gündəmə gəlmək istəyirlər. Sənətlə gündəmə gəlin".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31