Alim Qasımov ərəblər üçün oxuyacaq

BƏƏ-də açıq havada bir sıra musiqi konsertləri keçiriləcək. "Report" xəbər verir ki, tədbirin məqsədi regionun mədəni irsinin bayram kimi qeyd edilməsidir. Konsertdə pakistanlı müğənni Faiz Əli Faiz, livanlı Abir Nehme, türkiyəli musiqiçi Kudsi Erguner kimi məşhur ustalar, eləcə də Azərbaycandan dünya şöhrətli muğam ifaçısı Alim Qasımov iştirak edəcək. Umsiyat konsertləri Abu Dabinin Turizm və Mədəniyyət İdarəsinin illik musiqi proqramı çərçivəsində paytaxtın Muşrif parkında keçiriləcək. İlk konsert artıq bazar günü keçirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31