Sevda Ələkbərzadə boşanır

Əməkdar artist Sevda Əlkəkbərzadə ilə həyat yoldaşı arasında soyuq küləklər əsir. SİA-nın məlumatına görə, müğənni boşanmaq barədə vəkilinə müraciət edib. ABŞ-da bizneslə məşğul olan Kamiyar Sevda Ələkbərzadə ilə vaxtaşırı görüşə bilmir, cütlük arasında söz-söhbətlər yaranmağa başlayıb, soyuqluq yaranıb. Hətta iş adamı müğənninin anasının yas mərasiminə gəlməyib. Kamiyar sosial şəbəkədə toy və Sevda Ələkbərzadə ilə birlikdə olduğu bütün fotoları silib. Müğənni ailə həyatındakı dəyişikliyi böyük səylə mətbuatdan gizli saxlayır.

Qeyd edək ki, Sevda və Kamiyar cütlüyü ötən ilin may ayında ailə həyatı qurmuşdu. Cənubi Azərbaycandan olan iş adamı Sevda Ələkbərzadə ilə Türkiyədə tanış olmuşdu.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31