Əməkdar artistin müğənni qızı xanımlara məsləhət verdi

Əməkdar artist Aybəniz Haşımovanın müğənni qızı Aynişan Quliyeva xanımlara məsləhət verib. SİA-nın verdiyi xəbərə  görə, o, bu haqda "İnstagram" səhifəsində yazaraq 49 kiloqram olduğunu qeyd edib: "Özümün özümə qurduğum sağlam qidalanma və idman vasitəsilə 5 kiloqram arıqlayıb, 49 kiloqrama düşdüm. Hər insanın özünə görə kilosu var və o çəkidə özünü rahat hiss edir. Gündə 1 dəfə yeməklə heç kim sağlam arıqlaya bilməz. Müvəqqəti çəkinin azalması sizi aldatmasın. Metabalizm zəifləyir, bütün yedikləriniz yağa çevrilir, bədəninizdə toplanır. Gündə ən az 3, maksimum 5 dəfə yeməlisiniz. Yedikləriniz az və kalorisi aşağı olmalıdır. Yediyiniz hər bir məhsulu sadəcə doymaq üçün deyil, orqanizminizə xeyrini də düşünün. Faydalı yeməklər yeyin. Heç vaxt ac yatmayın. Əgər acsınızsa, yüngül nəsə yeyin. Çünki bədənin səhərə qədər çalışması üçün enerjiyə ehtiyacı var. Amma ən yaxşısı çalışın ki, vaxtında yeyəsiniz, gecə acmayasınız".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31