"Adamın belələrinə gülməyi gəlir" - Nisə Qasımova

"Atamın, anamın mənə verdiyi ada, soyada layiq olmaq istəyən biriyəm. O "korifey, ulduz, sənətkar" sözlərini verirəm başqalarına. Mən peşəkar və dahi sözlərini seçsəm yaxşıdır".

Axşam.az-ın məlumatına görə, bu sözləri xalq artisti Nisə Qasımova "ATV maqazin onlarla" verilişinə açıqlamasında deyib. O, gündəmə qalmaqalla gələn müğənniləri qınayıb:

"Bu da şou-biznesin bir əlamətidir. Bəzi gözəllər öz xasiyyətlərinə, xislətlərinə görə özlərini, gözəlliklərini itirirlər. Lüt şəkillər çəkdirir, fotoşopla bədənlərini korreksiya etdirirlər. Sonrada çıxıb, "Mən gözəl qadınam. Şou-biznesi mən yaratdım" deyirlər. Bu yolla gündəmə gələ bilərlər. Amma bu aləmdə sənətinlə, fəaliyyətinlə özünü göstəməlisən. Danışdıranda deyirlər ki, "16 yaşım var. Bağçadan birbaşa səhnəyə atılmışam. Neçə ilin sənətkarıyam". Adamın belələrinə gülməyi gəlir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31