"Xərçəng" xəstəsi olan xalq artistinin səhhətindən xəbər var
11 Yanvar 2016 14:08 MədəniyyətSəhhətim qaydasındadır, özümü də çox yaxşı hiss edirəm. Bunu aznews.az-a açıqlamasında xalq artisti, tanınmış diktor Rafiq Hüseynov deyib. O, hələ ki müalicəyə ehtiyacının olmadığını deyib: "Hər şey yaxşıdır. İş başında, dostların əhatəsində olmaq insanın əhval-ruhiyyəsinə gözəl təsir edir". R.Hüseynov qeyd edib ki, təkrar müayinə ilə əlaqədar Türkiyəyə mart ayında gedəcək.
Qeyd edək ki, R.Hüseynov xərçəng xəstəliyindən əziyyət çəkir və o, bununla əlaqədar Türkiyədə əməliyyat olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31