Azərbaycanlı müğənni plastik əməliyyatdan sonra danışa bilmir
11 Yanvar 2016 13:22 MədəniyyətAzərbaycanlı müğənni Afaq Aslan ötən gün paytaxt xəstəxanalarının birində dodaqlarını və burnunu plastik əməliyyat etdirib. Bu barədə "Olaylar"az-a ifaçının özü məlumat verib. O bildirib ki, iki saata nəzərdə tutulmuş əməliyyatı 5 saat çəkib: "İllər öncə naşı bir həkim dodaqlarımın formasını pis hala salmışdı. Dodaqlarıma görə hər zaman kompleksdə olurdum. Məhz bu səbəbdən həkim Vüqar Ələkbərova müraciət etdim. O da sağ olsun ki, müraciətimə müsbət yanaşdı. Ancaq əməliyyatım ağır oldu. Çünki 2 saat nəzərdə tutulan əməliyyat 5 saatdan çox çəkdi. Əməliyyat yeni olduğuna üçün danışa bilmirəm. Dodağımla yanaşı burnumu da əməliyyat etdirdim. Hazırda üzümdə şişkinliklər var. Hələ bir müddət efirə çıxmayacağam. On gün sonra sarığım açılacaq və yenidən işlərimin başına keçəcəyəm".