Türkiyədə Koroğlu operasının premyerası keçiriləcək

Yanvarın 9-da Türkiyənin Mersin şəhərindəki Dövlət Opera və Balet Teatrında dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin Türk Dünyasının ortaq dəyəri olan Koroğlu Dastanının motivləri əsasında səhnələşdirilən Koroğlu Operasının premyerası keçiriləcək. Bu barədə məlumatı "OLAYLAR"-ın Türkiyə bürosu yayıb. Bildirilib ki, Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Dövlət Opera və Balet Baş İdarəsi, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı TÜRKSOY, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, ölkəmizin Ankaradakı Səfirliyi və Mersin Dövlət Opera Baletinin birgə təşkilatçılığı ilə səhnələşdiriləcək Koroğlu Operası layihəsi çərçivəsində Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin məşhur sənətçiləri səhnədə olacaqlar. Azərbaycanın əməkdar incəsənət xadimi Əflatun Neymətzadənin quruluş verdiyi əsər Türk dünyasının sənətçilərinin birgə səyləri ilə həyata keçiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31