"Ömrümüzün yarısı çöllərdə keçir" - əməkdar artist
7 Yanvar 2016 17:54 Mədəniyyət"Ailə ilə sənəti bir yerdə idarə etmək ağırdı. İkisini eyni balansda saxlamaq çətindir. Çünki sayı-hesabı olmayan qastrollara gedirik. Evdən uzaq düşürük, ailə başsız qalır".
Axşam.az-ın məlumatına görə, bu sözləri əməkdar artist Rəhman Rəhmanov "Yeri gəlmişkən" verilişində deyib:
"Biz xalqa xidmət edirik. Azərbaycanda elə bir kənd yoxdur ki, mən orada qastrol səfərində olmayım. Ona görə də ömrümüzün yarısı çöllərdə keçir. Ailəyə diqqət az olur. Onun da elə fəsadlarını görürsən ki, peşmançılıq yaşayırsan. 3 övladım var. Bir oğlum müğənnidir. Qızım gözəl ailənin gəlinidir. Bir oğlum da 27 yaşında dünyasını dəyişdi. Gözəl ailəsi var idi".
R.Rəhmanov həyat yoldaşını işləməyə qoymadığını etiraf edib:
"Evlənəndə həyat yoldaşıma dedim ki, bu gündən işdən çıxırsan. Mənə evdə qulluq edən lazımdır. Sənət adamı kaprizlidir. O vaxtlar toylara gedirdim, indi səhətimlə bağlı getmirəm. İndi də ölkə başçısı mənə mükafat verir. Əlavə gəlirə ehtiyacım yoxdu".