İbrahim Tatlısəs yenidən xəstəxanaya yerləşdirildi
7 Yanvar 2016 14:35 MədəniyyətTürkiyənin tanınmış sənətçisi İbrahim Tatlısəs yenidən xəstəxanaya yerləşdirilib. Trend Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, gecə saat 04:00 radələrində ağrıkəsici qəbul etdikdən sonra İ.Tatlısəsin vəziyyəti pisləşib. Xəstəxanaya yerləşdirildikdən sonra İ.Tatlısəs həkim müayinəsindən keçib və məlum olub ki, vəziyyətinin pisləşməsinə qəbul etdiyi ağrıkəsicinin allergiya verməsi səbəb olub. Xəstəxanadan İ.Tatlısəsin vəziyyətinin hazırda yaxşı olduğu bildirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31