Leyla Ramazanlı “Azərbaycan” dedi VIDEO

Yeni ildə Leyla Ramazanlıdan yeni mahnı

Tanınmış ifaçı Leyla Ramazanlı yeni ildə ilk mahnısını tamaşaçılara təqdim etdi. Belə ki, ifaçı uzun müddətdir üzərində çalışdığı "Azərbaycan" adlı mahnını tamaşaçıların ixtiyarına verib. Mahnının sözləri Arzu Əsədovun, musiqisi isə İsmayıl Əsədovanındır.
Leyla Ramazanlı "....." saytına açıqlamasında repertuarında bir neçə vətənpərvər ruhlu mahnıların yer aldığını və "Azərbaycan" mahnısının onun üçün xüsusi yeri olduğunu qeyd etdi: "Yeni ifa etdiyim "Azərbaycan" mahnısı xalqımızın şücaətindən, qorxmazlığından bəhs edir. Bu mahnı ilə Odlar yurdumuzun paytaxtı Bakımızın tarixindən bəhs etməyə çalışmışam. Doğma torpağım, vətənim, Azərbaycanım mənim üçün çox əzizdir. Bir azəri övladı kimi bu mahnını oxmuağı özümə borc bildim".
Yeni ildə yaradıcılığına vətənpərvər ruhlu mahnı ilə başlayan Leyla Ramazanlı bu mahnıya yaxın zaman ərzində klip çəkdirəcəyini də qeyd etdi.
Mahnını bu linkdən dinləyə bilərsiniz:

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31