Azərbaycanlı aktyor qəzaya düşdü

Aktyor Ruslan Sabirlinin başına iş gəlib.  Lent.az-ın xəbərinə görə, aktyor bildirib ki, avtomobil qəzası keçirib. Onun sözlərinə görə, yanvarın 3-də axşam saatlarında Bakı-Sumqayıt yolunda idarə etdiyi "Hyundai" markalı avtomobil elektrik dirəyinə çırpılıb:

"Anamla birgə bibim oğlunun toyuna gedirdik. Qəflətən qəza keçirdik. Yaxşı ki, özümüzə bir şey olmadı. Amma avtomobilim əzildi, 2 min manat ziyana düşdüm. Yeni ilin ilk həftəsi mənə düşərli olmadı".

Qeyd edək ki, R.Sabirli "Həyat varsa", "Muradına çatan Günəş", "Sənə inanıram" seriallarında rol alıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31