Zəlimxan Yaqub: "Heç yerə çıxa bilmirəm"

Xalq şairi Zəlimxan Yaqub bu bayramda Borçalını ziyarət edə bilməyəcəyi üçün təəssüflənib. Bu barədə publika.az-a şairin özü açıqlama verib. O, ənənəvi səfərini bu il gerçəkləşdirə bilməməsini səhhətindəki problemlərlə əlaqələndirib. "Səhhətim yaxşı deyil, ev şəraitində, həkim nəzarəti altında müalicə olunuram. Bu yaxınlarda narahatlığım artdığı üçün xəstəxanaya getməli oldum. Ancaq indi evdəyəm, heç yerə çıxa bilmirəm. Yeni ili də evimdə, ailəmlə birgə qeyd edəcəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31