Akif İslamzadə Humayın klipinə çəkiləcək
29 Dekabr 2015 15:39 MədəniyyətXalq artisti Akif İslamzadənin repertuarında yer alan "Ala gözlüm" mahnısını tarzən Humay Qədimova tarda ifa edib. Sənətçi sözügedən kompozisiyasına klip çəkdirəcək. H.Qədimova klipin gələn il ekranlaşdırılacağını bildirib:
"Ala gözlüm"ü ilk oxuyan Akif müəllim olub. İnstrumental şəkildə isə mən lentə yazdırdım. Bu adi bir klip olmayacaq. İstədim ki, Akif müəllimin özünü də klipdə görək. İnşallah ki, bu istəyimiz baş tutacaq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31