“Qala” Ceyhun üç tuzun sirrini açdı

"Qala" qrupunun rəhbəri, müğənni-bəstəkar Ceyhun Əliyev Yeni il əhval-ruhiyyəli fotolar çəkdirib. Fotoda ilk diqqət çəkən məqam müğənnini izləyən üç tuzdur. Səbəbsiz olmayan bu görüntünün mənasını müğənni özü bəlli edib: "Üç tuz həyatımdakı önəmli məqamalrın göstəricidir. Bu uğuru 2006-ci ildən, "Qala" qrupunun fəaliyyəti ilə başlamaq istəyirəm. Həm Ceyhun "Qala"sız, həm "Qala" Ceyhunsuz səslənmir. Bunun ardınca, yüz ölçüb, bir biçib evlilik qərarı verdim. Çox şükür, uğurlu alındı. Üçüncü tuzu övladımın dünyaya gəlişi tamamladı".
C.Əliyev ailəsini sevdiyi qədər, onlara qarşı mühafizəkarlıq da göstərir. Övladının və həyat yoldaşının ekrana çıxmasını istəməyən Ceyhun bəy bunları dedi: "Kim ailəsini göstərir, şəxsi işidi. Amam mən bunu düşünmürəm. Xarakterimdə yoxdur. Dostlar arasında birgə görünürük, bu bizə bəs edir. Ümumiyyətlə, münasibətlərimizi tarazlamışıq. Aiıə qurana kimi bir-birimizi yaxından tanıdıq. Mən bilirdim ki, kimin nəslindən qız alıram, həyat yoldaşımda bilirdi ki, müğənni ilə ailə qurur. Ona görə də, tərəddüdlərimiz yoxdu".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31