"Biz gedəcəyik, o qalacaq"
25 Dekabr 2015 17:28 MədəniyyətXalq artisti musiqi aşiqi olduğunu bildirib. Publika.az-a açıqlama verən xanım Brilliant Dadaşova əhvalını yalnız musiqi ilə köklədiyini bildirib: "Əhvalımı yalnız səviyyəli musiqi yüksəldə bilər. Musiqiyə ciddi yanaşmaq lazımdır. Çünki biz gedəcəyik, o qalacaq". Brilliant Dadaşova bəzi xanımlar kimi daş-qaş, bər-bəzək əşyalarının əhvalına təsir etmədiyini bildirib: "Bəzək əşyaları əhvalımı düzəldə bilməz. Əhval-ruhiyyəmə uyğun bəzək əşyası taxa bilərəm. Həm bijuteriya, həm zinət əşyalarım var. Bijuteriyalar zinət əşyaları ilə müqayisədə daha böyük olur. Sözsüz, səhnəyə çıxarkən iri, gözəgələn bəzək əşyalarından istifadə etməyə çalışıram".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31