Beren “Kösem”ə nə qədər reytinq verdi? VIDEO

Məşhur aktrisa Beren Saat "Möhtəşəm yüz il: Kösəm Sultan" serialının 7-ci bölümündə tamaşaçı qarşısına çıxıb. "Qafqazinfo" Türkiyə KİV-nə istinadən xəbər verir ki, Beren ötən gün yayımlanan bölümdən sonra sosial şəbəkələrdə ən çox müzakirə olunan aktrisa olub. Aktrisanın 7-ci seriyada rolu Türkiyə gündəminə damğa vurub, aktrisa haqqında müxtəlif şərhlər bildirilib. Çoxlu sayda izləyici Beren Saatın rolunu bəyənib. Ancaq bəzi sosial şəbəkə istifadəçiləri serialı ərsəyə gətirən şirkəti tənqid edib. Belə ki, vaxtından qabaq seriala qatrılan aktrisa birmənalı qarşılanmayıb, izləyicilərə yad gəlib. Sosial şəbəkə istifadəçiləri serialda 10 dəqiqə ərzində dəyişən aktrisaya evliliyin düşmədiyini vurğulayıblar. Beren Saat serialın reytinqini nə qədər qaldırması barədə hələlik məlumat verilməyib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31