"Artıq evlənməyi düşünürəm"

Müğənni Zamiq Hüseynov 2016-cı ildəki planlarından danışıb. Axşam.az-a açıqlama verən sənətçi yeni ildə evlənməyi düşündüyünü bildirib. O, "2016-cı ildə toy gözlənilir" sualına belə cavab verib: "Artıq evlənməyi düşünürəm. 2016-cı ildə toy ola bilər". Z.Hüseynov son günlər gündəmdən düşməyən bahalaşma mövzusuna da münasibət bildirib: "Devalvasiyanın hamıya təsiri oldu, eləcə də mənə. Ruzini verən Allahdır. Hər bir işin pozitiv tərəfini düşünməyi sevirəm. Yaxşı şeylərdən düşünək ki, hər şey uğurlu olsun".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31