Dünyaca məşhur ifaçı Alessandro Safinanın Bakı konserti təxirə düşüb. SİA-nın verdiyi xəbərə görə, sənətçi sosial şəbəkədə bir çox ölkədə baş tutacaq konsertini təxirə saldığını yazıb. O, səhhətində problem olduğunu bildirib. Onun konsertinin nə vaxta təyin olunduğu bəlli deyil.
Qeyd edək ki, ifaçının konserti 23 dekabrda baş tutmalı idi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31