Aparıcımızın toyunda nələr yaşandı?

Aparıcı Saleh Bağırovun toyu baş tutub. SİA-nın verdiyi xəbərə görə, məkanların birində reallaşan el şənliyinə səbəbkarın yaxınları ilə yanaşı sənət aləminin tanınmış simaları qatılıb. Gecəboyu qonaqlar "vur-çatlasın" ediblər. Toyda şou-biznes nümayəndələri repertuarlarındakı bəstələri təqdim edərək Salehin ünvanına xoş sözlər deyiblər.

Qeyd edək ki, S.Bağırov sentyabrın 26-da nişanlanmışdı və bir neçə gün əvvəl nikahı olmuşdu. Saleh Bağırovun toyundan olan fotoları təqdim edirik:

 

 
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31