"Ayağıma qapansan da, barışmaram"

Könül Kərimova küsülü olduğu həmkarlarından birini heç vaxt bağışlamayacaq. Gecce.az  xəbər verir ki, söhbət tanınmış birindən gedir. Könül xanım israrla "10lar" verlişində ad çəkməsə də, ona olan nifrətini dilə gətirib: "Elə bir insan var ki, yerlə-göy birləşsə də, onunla barışmaram. Görsəm ki, o tərəfdən gəlir, yolumu dəyişəcəm. O, çox pis adamdır. Ayaqlarıma qapansan belə, bağışlamaram. Üzr istəməyi də bacarmaq lazımdır. Bilirəm ki, onda o üz yoxdur. Gözümdə o xanımın heç bir çəkisi qalmayıb. Kimliyini demək istəmirəm. Sənətdə olan biridir. Amma mən onu sənət adamı kimi qəbul etmirəm. Sənəti də yoxdu. Onu bağışlamağa dəyməz".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31