Prodüseri müğənninin başına oyun açıb
18 Dekabr 2015 19:55 MədəniyyətMüğənni Nurlan Təhməzlini keçmiş prodüseri aldadıb. Müğənniyə dəfələrlə yalan danışan prodüser hətta ona edilən yaradıcılıq təkliflərinin qarşısını alıb. Gecce.az xəbər verir ki, bu barədə Nurlan "10dan sonra" verilişində danışıb:
"Adını çəkmək istəmədiyim keçmiş prodüserim yaxşı pul qazanırdı. Amma yalan danışmaqları və tənbəlliyi başına bəla oldu. Sonuncu klipimi hamı bəyəndi. Amma o, bunu piar edə bilmədi. Halbuki, klipin ərsəyə gəlməsi üçün nə qədər əziyyət çəkmişdim. Piar gözəl olmalı idi. İş getmirdi deyə, ayrıldım. Amma o, mənimlə düşmənçilik edir. Mənə görə ona edilən zənglərə düzgün cavab vermir. Hər hansı təklifdən mənim adımdan imtina edir. Guya mən istəmirəm. Sonradan bilmişəm bunları".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31