Günay İbrahimlidən konsert müjdəsi

Ötən həftədən silsilə konsert layihələrinə start verən teleaparıcı və təşkilatçı Aynur Hacıyeva bu həftənin konsert müjdəsini verib. "Olaylar"az-ın verdiyi xəbərə görə, dekabrın 19-na əyləncə məkanlarının birində nəzərdə tutulan növbəti konsert layihəsinin iştirakçısı Günay İbrahimli olacaq. Hazırlıqları başlayn konsertdə Günay yeni və sevilən mahnlarını ansamblın müşayiəti ilə səsləndirəcək. Aynur xanım tamaşaçılara musiqi ilə dolu gecə bəxş olunacağından xəbər verib:"Ötən həftə Zamiqin təşkil olunan konsertindən sonra müğənnilər özü bu layihədə iştirak etməyə maraq göstəriblər. Məni sevindirir ki, gənc sənətçilərimiz canlı konsertə, səhnəyə çıxıb sənət göstərməyə can atırlar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31