Roza Zərgərlidən şou-biznes əhlinə cavab

Müğənni Roza Zərgərli yaradıcılığında yeniliyə imza atıb. "Olaylar"az bu haqda sənətçinin özü məlumat verib: "Yaradıcılıq işlərimlə bağlı yeniliklərim çoxdur. Məhz buna görə də bütün diqqətimi işlərimə yönəltmişəm. Barəmdə neqativ danışan bəzi şou əhlinə isə əhəmiyyət vermək istəmirəm və onlara dəyərli vaxtımı ayırmaq niyyətində deyiləm. Bu yaxınlarda "Spor" adlı mahnını dinləyicilərə təqdim edəcəm. Söz və musiqisi Günel Sultanovaya, aranjemanı Elvin Musayevə məxsus olan bəstə türk dilindədir. Düşünürəm ki, yeni mahnım dinləyicilər üçün maraqlı olacaq. İşlərim bununla bitmir. Öz adımı daşıyan saytımı yeni dizaynda təqdim edəcəyəm. Bundan başqa yaradıcılığımla bağlı Türkiyədən sürpriz təklif almışam. Həmin təklifi artıq dəyərləndirmişəm. Bu layihəni 2016-ci ildə görəcəksiniz". 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31