"Qızımın ailə həyatı alınmadı" - xalq artisti
17 Dekabr 2015 18:05 MədəniyyətXalq artisti Flora Kərimova şəxsi həyatından danışıb. Axşam.az-ın məlumatına görə, müğənni "Deməsək olmaz" verilişində qızı Zümrüddən söz açıb: "Şəxsi həyatımda uğursuzluqlar olmayıb. Mənim göz yaşlarım olub, qara geyinmişəm, tabut dalıyca getmişəm. Bunlar ailəmə olan görəvimdir. Həmişə gözdən düşməkdən qorxmuşam. Övladlarımın mənə olan hörmətimdən asılı idim. İndi qızım ərə getdi, ailə həyatı alınmadı qayıtdı. Bu yaşda gəlib boğazıma sarılıb. Çünki mənə ehtiyacı var. Mən övladıma məxsusam. Heç vaxt deməmişəm ki, "Qızım çəkil, vaxtım yoxdur". Qorxmuşam ki, gələcəqdə buna görə məni qınayar".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31