Xuramanı şantaj etdilər: "Dostum olsaydın, arxadan vurmazdın"

Aktrisa Xuraman Əlizadəni şantaj ediblər. Ona zəng edən və özünü xəbər portalının əməkdaşı kimi təqdim edən bir xanımın məkrli niyyətinin arxasında aktrisadan "pul qoparmaq" olub. Gecce.az xəbər verir ki, Xuraman xanım bu barədə "10dan sonra" verilişində danışıb:

"Həmin xanım mənə zəng vurub dedi ki, əlimdə sizin səs yazınız, videolarınız, filankəsə dediyiniz sözlər var. Dedim ünvanı de, gəlim aydınlaşdıraq nə məsələdir. Deyir, "özünüz sənət dostlarınızdan öyrənin, gəlin". Sözə bax. Avtomobili əsəbimdən elə sürdüm ki, az qala qəza keçirəcəkdim. Mənimlə elə danışır ki, elə bil məhkəmə zalındayam, bu da hakimdir. Bu azmış kimi deyir ki, "sizi filankəslərlə üzləşdirəcəyik". Dediyi səs yazılarına, videolara baxıram, adi söhbətlərdir. Dedim, onda üzləşdirin görüm, söhbət nədən gedir. Başa düşdüm ki, məni şantaj etməklə maddiyyat güdür. Araşdırdıq, tanışların köməyi ilə bəlli oldu ki, xanımın adını çəkdiyi sayt mövcud deyil".

Ətrafında dostunun olmadığını deyən X.Əlizadə bu söhbətdən sonra hamıdan şübhələndiyini bildirib:

"Hamıdan şübhələnirəm. Dost deyəcək bir kəsim yoxdur. Efirdə bu sözü işlədirəm, mənə yaxınlaşır köhnə dostum ki, "niyə demədin, mən varam". Sən mənim dostum deyilsən. Sən mənim dostum olsaydın, arxadan zərbə vurmazdın".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31