Oksananın Elşaddan ayrılma səbəbi: "Başqa qadın"
16 Dekabr 2015 19:25 MədəniyyətRəqqasə Oksana Rəsulova keçmiş həyat yoldaşı Elşad Xosedən danışıb. Big.az xəbər verir ki, O. Rəsulova ilk dəfə E. Xose ilə niyə ayrıldığını etiraf edib. Cütlüyün ayrılmaqlarında başqa qadını günahlandıranlara Oksanadan cavab gəlib: "Mənim üçün sevgidən nifrətə milyon addımdır. Əgər Elşadda 2 səhv var idisə, deməli, məndə də bir səhv olub. Ayrılmağımızda başqa qadının rolu yox idi. Elşad mənə xəyanət etməyib. Yola getmədik. Amma vaxtında bir-birimizə güzəştə çox getmişik. Dost kimi ayrılmasaq da, aramızda salam-sağ ol var. Mümkün deyil biz barışaq. Çünki bütün körpüləri yandırmışıq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31