"Oğlum üçün darıxdım, oturub ağladım"

Aktrisa Pelin Karahan ana olduğu üçün ilyarım fasilə verdiyi çəkiliş meydançalarına "Yeter" adlı serialla dönüb. Axşam.az xəbər verir ki, yanvarda ATV telekanalında başlayacaq ekran işinin çəkilişləri davam edir. Aktrisa çəkiliş zamanı başına gələn çətinlikləri "Cosmopolitan" jurnalına danışıb: "Uşaq həyatı dəyişdirir. Çəkilişlər yaxınlıqda olanda oğlumu da yanımda aparıram. Dünənki səhnələrdə balaca uşaqlar da var idi. Darıxmışdım. Oturub ağladım. O gün 13-14 saat işləmişdik, oğlumu heç görməmişdim. Uşaq üçün darıxanda hətta balaca pişik görsən, adamı ağlamaq tutur".

Qeyd edək ki, serialın artıq yeni videoları da yayılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31