Nigar Camal tanınmamağından gileyləndi

"Eurovision 2011" qalibi Nigar Camal başına tac taxıb, fotokamera qarşısına keçərək şəkillər çəkdirib.  Axşam.az-a istinadən xəbər verir ki, açıqlama verən müğənni Türkiyədəki fəaliyyətindən danışıb: "Hazırda Bakıda Yeni illə bağlı çəkilişlərdə iştirak edirəm. 2016-cı ildə Türkiyəyə gedəcəm, yeniliklərim olacaq. Yenə də sinql təqdim edəcəm. Albom hazırlamaq fikrim yoxdur. Hazırki vaxtda bunu mənasız hesab edirəm. Düşünürəm ki, insanlar üçün bir mahnı eşidib, 1 aydan sonra yenisini dinləmək daha maraqlıdır. On mahnını eyni anda dinləmək o qədər də effektli deyil".

N.Camal Türkiyədə onu çox da tanımadıqlarını bildirib: "2011-ci ildə məni daha çox tanıyırdılar. Amma indi küçədə gedəndə çox da tanımırlar". 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31