Əkiz bacılar: "Bunu heç efirdə də deməmişdik"

Müğənni Sevil və Sevinc bacıları həmkarları Gülay Zeynallı ilə küsülü imişlər. Axşam.az xəbər verir ki, onlar sənətçi ilə 3 ay danışmadıqlarını etiraf ediblər: "Düz 3 ay bir-birimizlə küsülü qaldıq. Aramızda heç bir söz-söhbət olmayıb. Sadəcə, tədbirlərdə olanda bir-birimizə sifət edib üzümüzü çevirirdik, salamlaşmırdıq. Bunu heç efirdə də deməmişdik. Küsülülükləri efirdə nümayiş etdirməyi lazımsız bilirik. İndi barışmışıq, münasibətlərimiz yaxşıdır". Yeniliklərindən danışan bacılar 2016-cı ildə maraqlı layihələr hazırlayacaqlarını bildiriblər: "Elvin Mehmanlıya məxsus "Məndən ötrü" adlı yeni mahnı oxumuşuq. 2016-cı ilin ilk mahnısı və klipi olacaq. Yanvarın 4-də təqdimat edəcəyik. Bir də yeni veriliş hazırlamaq istəyirik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31