"Fatimə ilə qırğında idik"

Rəqqas İlham Kərimli həmkarı Fatimə Fətəliyeva ilə küsülülüyündən danışıb. Gecce.az xəbər verir ki, "10dan sonra" verilişinə açıqlama verən İ.Kərimli bunları deyib: "Fatimə ilə 3 il küsülü qaldıq. Qırğın-davada idik. Amma sənətlə bağlı bir-birimizə dəstəyi küsülülüyə qurban vermədik. Mən onda hansısa nüansı görəndə xəbər eləyirdim ki, bu düz deyil, yaxud bunu belə elə. Həmçinin Fatimə mənə nöqsan olanda deyirdi, düzəldirdim. Amma 3 il get-gəlimiz olmadı. ATV-nin canl efirlərinin birində barışdıq". Fatimə isə öz növbəsində bildirdi ki, İlhamla münasibətləri artıq normadadır və onları nəinki sənət, eləcə də ailə münasibətləri bağlayır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31