Zamiq ilin son konsertini verib

Gecənin təşkilatşılarından olan aparıcı Aynur Hacıyevanın dəvəti ilə əyləncə məkanlarının birində səhnəyə çıxan Zamiq repertuarından yeni və sevilən mahnılarını konsertin izləyiciləri üçün səsləndirib. Müğənni səhnəni eyni zamanda həmkarları Sevda Yahyayeva, Elton Hüseynəliyevlə paylaşıb. Həmin gecə bütün mahnılar ansamblın müşayiəti ilə canlı səslənib. Əhval-ruhiyyəli konsert proqramına şou-biznesdən olan sənət adamları da biganə qalmayıb. Prodüser Tolik konsertin təşkilini dəstəkləyərək, bu cür konsertləri əhəmiyyətli saydı və onun fikrini ətrafındakı sənətçilər də dəstəklədi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31