Həlak olan neftçilərə... VIDEO

"Günəşli" yatağında baş verən yanğın nəticəsində həlak olan neftçilərin xatirəsinə mahnı həsr olunub. Publika.az xəbər verir ki, bəstəkar-müğənni Ramal İsrafilov dekabrın 4-ü baş vermiş qəza nəticəsində dünyasını dəyişən neftçilərə "Neftçilər" adlı mahnı həsr edib. Mahnıya ekran həyatı da verilib. Klipdə "Günəşli" yatağında baş vermiş faciədə həlak olanların ailə üzvlərinin müsahibə kadrlarından istifadə olunub. Mahnının sözləri və musiqisi ifaçının özünə məxsusdur.

Ramal İsrafilov  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31