Nizami Kino Mərkəzində “Uzaqlarda arama” filminin qala-gecəsi keçirilib

Nizami Kino Mərkəzində Türkan Şoray rejissoru olduğu "Uzaqlarda arama" filminin qala-gecəsi keçirilib. APA-nın məlumatına görə, təqdimatda Türkan Şoray və filmin digər yaradıcı heyəti iştirak edib. Ssenari müəllifi Onur Ünlü olan film dramatik komediya janrında lentə alınıb. Rollarda Türkan Şorayın qızı Yağmur Ünal, Ekin Türkmen, Sevda Erginci, Mehtap Bayrı, Elif Atakan, Pınar Göktaş, Esra Ergün, Aslı Samat, Mustafa Uğurlu və digər aktyorlar çəkiliblər. Filmin nümayişindən sonra Türkan Şoray və Yağmur Ünal mətbuat konfransı keçirib, jurnalistlərin suallarını cavablandırıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31