Nadir Qafarzadə qalmaqaldan danışdı: “Oğlanlarım mənə görə narahat olmasınlar” - VIDEO

Müğənni Nadir Qafarzadə yaradıcılıq işlərindən danışıb.  "Olaylar"az-a açıqlama verən ifaçı bildirib ki, sözləri Zemfira Əlişqızına, musiqisi Sədaqət Arifqızına məxsus "Səni gözləyirəm" adlı bəstəni ifa edib: "Bu bəstə 1999-cu ildə mənim üçün yazılıb. Əslində bu mahnını illər öncə oxumuşdum. Amma aranjemanı ürəyimcə olmağına görə, efirlərdə, tədbirlərdə oxumurdum. Elə buna görə də bir neçə gün olar ki, bəstəni yenidən aranjeman etdirdim. Çox xoşuma gəldi. Bu mahnını oxuyanda keçmişim, ötən illərim yadıma düşür. Düşünürəm ki, heç kim öz keçmişini danmamalıdır. Bu da mənim keçmişimdən qalan bir xatirədir".
N.Qafarzadə daha sonra son dövrlər adının şou-biznesdəki qalmaqallarda hallanmamasına da münasibət bildirib: "Açığı əvvəllər çox emosional idim. Mənə qarşı kim haqsızlıq edirdisə və ya çaşırdısa, dərhal cavabını verirdim. Bir çoxları da sayemdə reklam olunurdu. İndi isə heç kimsəni reklam etmək niyyətində deyiləm. Həmdə iki oğlum var. Artıq böyük oğlumun 20 yaşı var. İstəmirəm ki, mənə görə, onlar narahat olsunlar. Çünki bu həyatı tək özüm üçün yaşamıram".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31