Dövlət məmurunu hədələyib pul alarkən yaxalandı

Şəkidə Yasin Həsənov vəzifəli şəxsdən hədə-qorxu yolu ilə pul alarkən tutulub. Virtualaz.org Daxili İşlər Nazirliyinin saytına istinadən bildirir ki, o, "Azərtoxum" MMC-nin icraçı direktorunun müavini Rasim Əmiriyə hədə-qorxu gələrək ondan 1500 manat almağa çalışıb. Y.Həsənov Şəki Şəhər Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31