Hollivud ulduzunun Heydər Əliyev Mərkəzində konserti olacaq

Məşhur Hollivud ulduzu Stiven Siqal ilk dəfə Bakıda, Heydər Əliyev Mərkəzində konsert proqramı ilə çıxış edəcək. "OLAYLAR"-ın mərkəzə istinadən verdiyi xəbərə görə, dekabrın 16-sı və 17-də keçiriləcək konsertdə Stiven Siqal və onu müşayiət edəcək qrup tamaşaçılara blüz musiqi proqramı təqdim edəcək.
Qeyd edək ki, Hollivud ulduzu, kinoaktyor, rejissor, eyni zamanda aykido ustası Stiven Siqal musiqiçi kimi də məşhurdur. Hətta o, musiqiyə aktyorluqdan çox daha əvvəl başlayıb. Belə ki, Siqal 12 yaşında ikən gitara ifa etməyə başlayıb. Və əsasən blüz janrına üstünlük verib. 1952-ci ildə ABŞ-da anadan olan Stiven Siqal 1986-cı ildən kino sahəsində fəaliyyətə başlayıb və artıq 1988-ci ildə ilk filmi "Qanundan yüksəkdə" ekran əsərində Niko rolunu ifa edib. Stiven Siqal, həmçinin film prodüseri kimi tanınır. O, prodüseri olduğu filmlərdə döyüş səhnələrinə quruluş verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31