Nərgizin Bakı konserti təxirə salındı
7 Dekabr 2015 12:30 MədəniyyətRusiyanın "Qolos" səs yarışmasının iştirakçısı Nərgiz Zakirovanın dekabrın 6-da Bakıda planlaşdırılan konserti təxirə salınıb. Axşam.az-ın məlumatına görə, buna səbəb "Günəşli" yatağında baş verən qəza olub. Bu haqda N.Zakirova sosial şəbəkədə yazıb: "Mənim sevimli insanlarım! Bu hadisədən çox üzüldüm. Hazırda bizimlə birlikdə bu dünyada olmayanlara rəhmət, ailələrinə başsağlığı diləyirəm. Ümid ediəm ki, itən insanlar tapılacaq. Allah sizi qorusun. Azərbaycanda matəm günü elan olunması ilə əlaqədar konsertimiz təxirə salındı. Bakıdakı sevənlərimlə dekabın 23-də görüşəcəyik".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31