Tural Bayraməliyevin “Döndü fəsil”i VIDEO
7 Dekabr 2015 11:57 MədəniyyətHit mahnıların müəllifi Tural Bayraməliyev yeni kompazisiyasını təqdim edib. Söz və musiqisi özünə məxsus olan "Döndü fəsil" mahnısını müğənni Elza Seyidcahan səsləndirib. Bu, Elza xanımla mahnı müəllifinin ilk iş birliyidir: "Mahnı konkret bir fəsildən bəhs etmir. Hər kəs bu mahnıdan özünə pay götürəcək. Pop estrada janrında yazılan "Döndü fəsil" Türkiyənin peşəkar musiqi heyəti tərəfindən müşayiət olunub" - deyən mahnının söz və musiqi yazarı bir məsələyə aydınlıq gətirdi. "Dəfələrlə məndən "mahnılarınızın ünvanı var"? - deyə soruşurlar. Xeyir, mahnılarımı böyük dinləyici kütləsi üçün yazrıam. Qeyd etdiyim kimi, hər kəsə mahnılarımdan pay düşür".
Sonda T.Bayraməliyev mahnıya klip çəkilişinin nəzərdə tutulduğunu diqqətə çatdırdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31